"Fənərbaxça" İtaliya klubu ilə anlaşıb
30.08.2024 - 12:59
"Fənərbaxça" İtaliya klubu ilə anlaşıb

Super Liqa təmsilçilərindən “Fənərbaxça” yarımmüdafiə xəttini “Fiorentina”nın mərakeşli forvardı Sofyan Amrabatla gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.

"Fənərbaxça" 28 yaşlı futbolçunu 2 milyon avroya bir mövsümlük icarəyə götürəcək. Müqaviləyə 15 milyon avroluq məcburi alış opsionu da daxildir.

Klub onunla 1+3 illik müqavilə imzalayacaq. 

Amrabat qısa müddətdə İstanbula gələcək və sağlamlıq müayinəsindən keçəcək. 

Sofyan Amrabat ötən mövsümü icarə əsasında “Mançester Yunayted”də keçirib. "Fiorentina" mərakeşli yarımmüdafiəçini 2020-ci ildə 19,5 milyon avroya "Hellas Verona"dan heyətinə qatıb.

writer photo
Əlirza Əlirzalı
0