Super Liqa təmsilçilərindən "Fənərbaxça" Mərakeş millisinin futbolçusu ilə anlaşıb.
Apasport.az "CNN"ə istinadla xəbər verir ki, klub La Liqa təmsilçilərindən "Sevilya"nın futbolçusu Yusuf En-Nesri ilə razılıq əldə edib.
İlkin məlumata görə, "sarı-lacivərdli"lər mərakeşli ulduz üçün 20 milyon avro ödəyəcəklər.
27 yaşlı futbolçu 2020-ci ilin yanvarından "Sevilya"da forma geyinir. O daha öncə "Malaqa" və "Leqanes" kimi klublarda çıxış edib.
Hücumçu bu mövsüm "Sevilya"nın heyətində 41 matça çıxıb, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Yusuf 2019/2020 və 2022/2023 mövsümlərində "Sevilya" ilə Avropa Liqasını qazanıb.