"Fənərbaxça"nın transfer hədəfi
11.12.2023 - 12:37
"Fənərbaxça"nın transfer hədəfi

"Fənərbaxça"nın əsas transfer hədəfi bəlli olub.

Apasport.az xəbər verir ki, Türkiyə klubunun planında Çağlar Söyüncü var.

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone bu transferə müsbət yanaşmır. O, Türkiyə millisinin müdafiəçisini heyətində saxlamaq istəyir.

Mütəxəssis indiyədək milli futbolçuya kifayət qədər şans verə bilməsə də, məşqdəki çıxışından razı qalıb. Simeone bildirib ki, mövsümün ikinci yarısında müdafiəçini daha çox oynatmağı düşünür. 
 

writer photo
Əlirza Əlirzalı
0