Torres üçün 33 milyon avro
11.07.2023 - 17:04
Torres üçün 33 milyon avro

Pau Torres “Aston Villa”ya keçəcək.

Apasport.az saytının məlumatına görə, “Vilyarreal”ın müdafiəçisinin transferi ilə bağlı razılıq əldə olunub.

Torres bu gün tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. Onun anlaşması 5 illik olacaq. 

İngiltərə klubu 26 yaşlı futbolçu üçün 33 milyon avro ödəyəcək. Bu rəqəm bonuslar hesabına daha 5 milyon arta da bilər.

Qeyd edək ki, Pau ötən mövsüm La Liqanın 34 matçında 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0