Beynəlxalq Futbol Federasiyasının ( FİFA ) prezidenti Canni İnfantino irqi ayrı-seçkiliyin təzahürlərinə qarşı fəal mübarizə aparan " Real Madrid"in və Braziliya millisinin vingeri Vinisius Juniorla bağlı danışıb.
Apasport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri yazıb.
İnfantino futbolda irqçilik problemi olduğunu vurğulayıb: “Bizim cəmiyyətimizdə çox ciddi olan irqçilik problemimiz var və biz bu barədə bir neçə həftədən sonra Banqkokda keçiriləcək FİFA Konqresində danışacağıq. Mənim bütün sevgim irqçiliyin qurbanı olmuş insanlara aiddir. Biz bununla mübarizə aparmalıyıq”.
Qeyd edək ki, Vinisius vaxtaşırı "Real Madrid"in rəqiblərinin azarkeşləri tərəfindən təhqirlərə məruz qalır.