Forsberq Azərbaycan məğlubiyyəti barədə: "Bu biabırçılıqdır"
17.11.2023 - 18:44
Forsberq Azərbaycan məğlubiyyəti barədə: "Bu biabırçılıqdır"

İsveç millisinin aparıcı futbolçusu Emil Forsberq Azərbaycan yığmasına məğlubiyyəti biabırçılıq adlandırıb.

Apasport.az xəbər verir ki, "Leyptsiq"in təcrübəli oyunçu bu haqda AVRO-2024-ün seçmə mərhələsində millimizə 0:3 hesabı ilə uduzduqları oyunu şərh edərkən danışıb:

"İlk 2 qolu buraxdıq və özümüzü pis vəziyyətə saldıq. Erkən buraxılan 2 qoldan sonra komanda özünə olan inamı itirdi. Özümüzə güzgüdə baxıb soruşmalıyıq ki, yaxşı oynadıqmı? O dəqiqə də "xeyr" cavab alacağıq. Bu, biabırçılıqdır. Matçın əvvəlində Azərbaycan millisinə təzyiq etməyi bacarmadıq. Artıq 6-cı dəqiqədə hesab 0:2 idi. Əlbəttə, bu, böyük məyusluqdur. Yaxşı oynaya, pressinq tətbiq edə bilmədik. Fasilədə oyunu çevriməyi qarşımıza məqsəd qoysaq da, rəqibi təslim etmək mümkün olmadı. Milli tarixinin ən bərbad oyunlarından biri idi".

writer photo
Əlirza Əlirzalı
0