Güclü yağış İtaliyada matçın təxirə salınmasına səbəb olub
24.09.2024 - 12:11
Güclü yağış İtaliyada matçın təxirə salınmasına səbəb olub

İtaliya A Seriyasının 5-ci turunun son matçı təxirə salınıb.

Apasport.az xəbər verir ki, “Atalanta” – “Komo” görüşü pis hava şəraiti üzündən bu gün baş tutacaq.

Berqamoda keçirilməli oyun güclü yağış səbəbilə start götürməyib. Federasiya nümayəndəsi və hakimlərin stadiona baxış keçirməsindən sonra qarşılaşmanın təxirə salınmasına qərar verilib.

Qeyd edək ki, “Atalanta” 6 xalla 9-cu, “Komo” 2 xalla 19-cu pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0