Hakim Zieş “Əl-Nəsr”in maraq dairəsində
17.06.2023 - 20:47
Hakim Zieş “Əl-Nəsr”in maraq dairəsində

Hakim Zieş “Çelsi”ni tərk edə bilər.

Apasport.az saytı xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanından təklif alıb.

London klubu əsas heyətdə möhkəmlənə bilməyən Zieşin komandanı tərk etməsinə şərait yaradıb. “Zadəganlar” heyətdəki oyunçu sayının azaldılması üçün bu addımı atıblar. Bu imkandan istifadə edən “Əl-Nəsr” Hakimə illik 30 milyon avro maaş təklif edəcək. Danışıqlar uğurlu yekunlaşarsa, o, Kriştano Rolnadonun komanda yoldaşı olacaq.

Qeyd edək ki, 2022/23 mövsümündə Hakim cəmi 18 oyun keçirib və 3 ötürmə edib.
 

writer photo
Əlirza Əlirzalı
0