İkardi – azarkeşlərin sevimlisi
11.09.2023 - 21:32
İkardi – azarkeşlərin sevimlisi

Argentinalı futbolçu Mauro İkardi azarkeşlərin qəlbini fəth etməyə davam edir. 

Apasport.az saytı xəbər verir ki, 30 yaşlı forvard “Qalatasaray” fanatlarının imzalaması üçün ona göndərdiyi bütün foto və formaları tək-tək imzalayaraq geri göndərir. 

Komandanın bazasında hər kəsin hörmətini qazanan Mauro işçilərlə maraqlanaraq onlara da maddi yardımlar göstərir. Xanımı Vanda Nara ilə yoxsul ailələrə kömək edən futbolçu bu tip kompaniyaların fəal iştirakçısıdır. 

Qeyd edək ki, “Qalatasaray”ın ötənilki çempionluğunda pay sahibi olan İkardi bu mövsüm 7 oyunda 7 dəfə fərqlənib. Futbolçu bir qolun da ötürməsini edib.

writer photo
Əlirza Əlirzalı
0