Klub tarixinin ən bahalı milli üzvü 24 yaşında karyerasını bitirdi
10.10.2022 - 14:06
Klub tarixinin ən bahalı milli üzvü 24 yaşında karyerasını bitirdi

Zambiya millisinin və “Brayton”un futbolçusu Enok Mvepu karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, futbolçu bu addımı 24 yaşında atıb.

O, ölüm ehtimallı irsi ürək ağrısı aşkarlandığı üçün belə qərar verib. 2021-ci ildə “Zalsburq”dan transfer olunan Enok klub tarixinin ən bahalı keçididir.

Qeyd edək ki, Mvepu Zambiya millisində 23 oyunda 6 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0