Kokedən qalmaqallı ittiham – “Hakimlər alınıb”
26.04.2023 - 14:20
Kokedən qalmaqallı ittiham – “Hakimlər alınıb”

“Barselona”nın hakimlərlə əlbir olması ilə bağlı yeni qalmaqal ortaya atılıb. 

Apasport.az xəbər verir ki, İspaniya çempionatının hesabat turunda Kataloniya təmsilçisinin “Atletiko” oyunundan sonra qonaqların yarımmüdafiəçisi Koke gündəmi zəbt edən açıqlama verib. 

O, fikirlərini qısa izah edib: “Hakimlər alınıb”. 

Zədə səbəbindən görüşü ehtiyat oyunçular skamyasında keçirən 31 yaşlı futbolçunun niyə belə açıqlama verməsi bilinmir. Yaxın günlərdə La Liqanın rəhbərliyi məsələ ilə bağlı araşdırma aparacaq.

Qeyd edək ki, “Barselona” “Atletiko”nu 1:0 hesabı ilə məğlub edib. 

writer photo
Əlirza Əlirzalı
0