La Liqa klubu baş məşqçisi ilə müqavilə yeniləyib
25.09.2024 - 12:57
La Liqa klubu baş məşqçisi ilə müqavilə yeniləyib

“Sevilya” rəhbərliyi komandanın baş məşqçisi Xavyer Qarsiya Pimenta ilə yeni müqavilə bağlayıb.

Apsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin yeni müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Pimenta “Sevilya”ya ötən yaydan rəhbərlik edir.

Onun komandası İspaniya çempionatının 7 turundan sonra 8 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. “Sevilya” növbəti oyununu səfərdə “Atletik”ə qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0