İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin hücumçusu Lionel Messinin “Barselona”ya mümkün dönüşünü dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, qurum rəhbəri bunun çətin olacağını düşünür.
Onun fikrincə, 35 yaşlı argentinalının qayıtması maliyyə durumundan asılı olacaq: “Messinin “Barselona”ya dönüşü burada nə qədər alacağından asılıdır. Birincisi, PSJ-dən ayrılmaq istəməlidir. İkincisi, PSJ onu buraxmalıdır. Üçüncüsü, Messinin maaşı önəmlidir. Hər şey bu şəraitdən asılı olacaq. Əgər “Barsa” iqtisadi nəzarət çərçivəsində Leonun maaşını ödəyə bilsə, müqavilə imzalanacaq. Ancaq Messi gedəndə aldığı pulu istəsə, onun dönüşü mümkün deyil. Bu məbləğlə yalnız PSJ-də oynaya bilər”.
Qeyd edək ki, “Barselona” rəhbərliyi PSJ ilə müqaviləsi mövsümün sonuna qədər olan Lionel Messini qaytarmaq niyyətində olduğunu açıqlayıb.