Premyer Liqada “endirim”
09.10.2023 - 17:51
Premyer Liqada “endirim”

İngiltərə Premyer Liqasında transfer qiyməti ən çox düşən futbolçuların siyahısı açıqlanıb.

Apasport.az xəbər verir ki, yay transfer pəncərəsindən sonra üçün tərtib olunan cədvələ Uesli Fofana başçılıq edir.

“Çelsi”nin müdafiəçisinin qiyməti 40 milyon avroya qədər düşüb. Bu rəqəm daha əvvəl 55 milyon avro idi.

“Tottenhem”in yarımmüdafiəçisi Pyer-Emil Hoyberq və “Mançester Yunayted”in üzvü Ceydon Sançonun qiymətində də eniş hiss olunur.

1. Uesli Fofana (“Çelsi) – 40 milyon avro (-15 mlyon avro)
2-3. Pyer-Emil Hoybyerq (“Tottenhem”) – 32 (-13)
Ceydon Sanço (“Mançester Yunayted”) – 32 (-13)
4. Ris Ceyms (“Çelsi”) – 55 (-10)
5. Antoni (“Mançester Yunayted”) – 50 (-10)
6. Jorjinyo (“Arsenal”) – 15 (-10)
7. Rişarlison (“Tottenhem”) – 40 (-8)
8. Aaron Ramsdeyl (“Arsenal”) – 32 (-8)
9. Timoti Kastan (“Fulhem”) – 17 (-8)
10. Mark Kukurelya (“Çelsi”) – 28 (-7)

writer photo
Əlirza Əlirzalı
0