Libertadores kubokunun qalibi bəlli olub.
Apasport.az xəbər verir ki,final matçında Braziliya təmsilçisi Fluminense” Agentina “Boka Xuniors”u ilə qarşılaşıb.
Dünən gecə keçirilən matçın 90 dəqiqəsində komandalar hərəyə 1 dəfə fərqlənib. 36-cı dəqiqədə “Fluminense”dən Germán Canonun qoluna 72-ci dəqiqədə Luis Advinkula cavab verib. Qalibi müəyyən etmək üçün oynanılan əlavə vaxtın 99-cu dəqiqəsində Con Kennedi komandasını önə keçirən qolu vuub.
Matç Braziliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Fluminense” tarixinbdə ilk dəfə Libertadores kubokunun qalibi olub.