Luis Qustavo Braziliyaya qayıdır
03.11.2023 - 16:06
Luis Qustavo Braziliyaya qayıdır

Mövsümün əvvəlindən klubsuz qalan Luis Qustavonu heyətində görmək istəyən komanda bəlli olub. 

Apasport.az xəbər verir ki, 36 yaşlı futbolçunu Braziliyanın "San Paulu"  klubu heyətinə qatmaq istəyir. 

Təcrübəli futbolçu qısa müddət ərzində komandaya qoşula bilər. Cənubi amerikalının özü də karyerasını vətənində davam etdirmək niyyətindədir.

Qeyd edək ki, braziliyalı futbolçu 2023-cü ilin iyulunda "Əl-Nəsr"lə yollarını ayırıb.
 

writer photo
Əlirza Əlirzalı
0