Millinin baş məşqçisi ilə yeni müqavilə
28.09.2022 - 09:09
Millinin baş məşqçisi ilə yeni müqavilə

Argentina Futbol Federasiyasının (AFA) prezidenti Çiki Tapia baş məşqçi Lionel Skaloninin uzun müddət postunda qalacağını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Yamayka ilə keçirilən yoldaşlıq görüşündən (3:0) sonra çalışdırıcının yeni müqaviləyə qol çəkdiyi bildirilib.

Tapia tvitter səhifəsi vasitəsilə 44 yaşlı mütəxəssisin daha 4 il milliyə rəhbərlik edəcəyini yazıb: “Qürur duyuram ki, Lionel Skaloni ilə 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər Argentina yığmasının baş məşqçisi postunda qalması ilə bağlı razılığa gəldik”.

Qeyd edək ki, Skaloni 2018-ci ilin avqustundan Argentina millisini çalışdırır. Onun rəhbərliyi altında komanda ötən il Amerika Kubokunun qalibi olub.
 

writer photo
Əlirza Əlirzalı
0