“Mançester Yunayted” 51 il sonra uğursuzluğunu təkrarlayıb
04.11.2024 - 13:08
“Mançester Yunayted” 51 il sonra uğursuzluğunu təkrarlayıb

Premyer Liqanın X turu “Mançester Yunayted” üçün antirekordlarla yadda qalıb.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” Premyer Liqada ən pis mövsümünü yaşayır.

“Mançester Yunayted” 10 turdan sonra cəmi 9 qol vurub ki, bu da komandanın son 51 ildə ən aşağı göstəricisidir.

“Qırmızı şeytanlar” 1973/74 mövsümündə çempionatın ilk 10 matçında rəqib qapılarına cəmi 9 dəfə yol tapa bilmişdi.

Erik ten Haqın qovulmasından sonra “Mançester Yunayted” müvəqqəti çalışdırıcı Rud van Nistelroyun rəhbərliyi altında Premyer Liqanın ilk oyununda evdə “Çelsi” ilə heç-heçə edib (1:1).

writer photo
Əlirza Əlirzalı
0