Martinez İkardinin rekordunu qırdı
17.02.2024 - 10:54
A Seriyasının 25-ci həftəsində "İnter" öz meydanında "Salernitana"nı 4:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, qarşılaşma Lautaro Martinez üçün əlamətdar olub.
Komandasının ikinci qolunu vuran Martinez Mauro İkardini geridə qoyaraq, klub tarixində ən çox qol vuran argentinalı futbolçu olub. O, "İnter" forması ilə qol sayını 125-ə çatdırıb.
Qeyd edək ki, Mauro İkardi "İnter"in heyətində 124 qola imza atıb.
0
0