Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe yığmanın Kanada ilə yoldaşlıq oyunundan əvvəl məşq etməyib.
Apasport.az xəbər verir ki, ulduz futbolçu Avropa çempionatı ərəfəsində sağlamlıq durumundan danışıb.
O, jurnalistlərin zədəsi ilə bağlı sualına cavab olaraq bildirib ki, sağlamlıq vəziyyəti ilə bağlı problemi yoxdur.
Qeyd edək ki, fransalı futbolçu Kanada ilə matça ehtiyat oyunçular skamyasında başlayıb və 74-cü dəqiqədə meydana daxil olub. Görüş 0:0 hesabı ilə başa çatıb.
İyunun 17-də Fransa yığması Avropa çempionatında Avstriyadan olan rəqibləri ilə qarşılaşacaq. İyunun 21-də fransalılar Hollandiya ilə, 4 gün sonra isə Polşa ilə üz-üzə gələcəklər.