Mbappenin valideynləri onu "Real"a buraxmır...
12.12.2023 - 21:11
Mbappenin valideynləri onu "Real"a buraxmır...

Klian Mbappe gələcəyi ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, PSJ və Fransa millisinin hücumçusu "Real"a keçmək qərarına gəlib. 

Fransızın valideynləri isə ondan qərarını yenidən gözdən keçirməyi xahiş edirlər. Onlar Paris klubunda qalmağın Mbappe üçün daha doğru variant olduğunu düşünürlər.

Qeyd edək ki, 24 yaşlı forvaed bu mövsüm iştirak etdiyi 19 matçda 18 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0