Meksika millisi baş məşqçisiz qaldı
01.12.2022 - 09:37
Meksika millisi baş məşqçisiz qaldı

Qətərdə keçirilən DÇ-2022-də daha bir baş məşqçi komandasını tərk edib.

Apasport.az saytının məlumatına görə, Xerardo Martino Meksika yığmasının çalışdırıcısı vəzifəsindən ayrılıb.

Müqaviləsi başa çatan mütəxəssis komandada qalmayacağını açıqlayıb. Buna komandanın qrupdan çıxa bilməməsi səbəb olub. Son turun görüşündə Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gələn şimali amerikalılar 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, “Barselona” və Argentinanın sabiq baş məşqçisi 2019-cu ildən Meksikanı çalışdırırdı.
 

writer photo
Əlirza Əlirzalı
0