Messinin debüt tarixi müəyyənləşdi
20.06.2023 - 23:26
Messinin debüt tarixi müəyyənləşdi

Lionel Messinin “İnter Mayami”də debüt edəcəyi tarix bəlli olub.

Apasport.az saytı xəbər verir ki, argentinalı ulduz iyulun 21-də yeni komandasının heyətində meydana çıxacaq.

Bu barədə məlumatı klubun prezidenti Xorxe Mas verib. O, bilet tələbatı üzündən stadionda oturacaqların sayının artırılacağını da bildirib: “Stadionun künclərinə oturacaqlar əlavə olunacaq. Tələbat üzündən yaxın dörd həftə ərzində arenanın tutumu 3 min artırılacaq”.

Qeyd edək ki, Messinin debütü Liqa kubokunda “Krus Asul”la oyuna debüt edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0