Slovakiya millisinin müdafiəçisi Milan Şkrinyarın yeni komandasının adını açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, İtaliya “İnter”inin şərəfini qoruyan futbolçu PSJ ilə razılığa gəldiyini deyib.
İyunun sonunda “neradzurri” ilə müqaviləsi başa çatacaq 28 yaşlı oyunçu Paris klubuna keçdiyinə görə xoşbəxt olduğunu bildirib.
Zədə səbəbindən apreldən əməliyyat olunan slovakiyalı özünü yaxşı hiss etdiyini deyib: “Bu gün özümü yaxşı hiss edirəm, amma matçlarda iştirak etmədən öz oyun ritmimi tapmaq mümkün olmayacaq. Məşqçi məni oyuna buraxmaq istəsə, hazır və qərarlı olduğum üçün komandaya kömək edəcəm”.
Qeyd edək ki, Milan son mövsümdə 31 matçda iştirak edib.