"Milan"a 5 qol vurmuş komandanın futbolçusu: "Qrip olmuşdum"
29.01.2023 - 18:47
"Milan"a 5 qol vurmuş komandanın futbolçusu: "Qrip olmuşdum"

“Bir müddət demək olar ki, xal qazana bilmədik. Montsada gözəl oyun göstərdik və qələbəyə layiq idik. Bizdə yaxşı əhval-ruhiyyə çatışmırdı. Bu gün matça çox gözəl yanaşdıq və eyni ruhda davam etməliyik. Mən xoşbəxtəm, çünki komanda əla iş gördü".

Apasport.az xəbər verir ki, bunu "Sassuolo"nun vinqeri Domeniko Berardi A Seriyasının XX turunun səfər matçında "Milan" üzərində böyük hesablı qələbədən (5:2) sonra fikirlərini bildirib.

28 yaşlı futbolçu həmin matçda 1 qol vurub, 3 məhsuldar ötürmə edib və “Sassuolo” üçün bu qələbə son 9 turda ilk olub.

"Hələ 100 faiz hazır deyiləm, bu həftə qrip olmuşdum. Lazımi fiziki və psixoloji formaya qayıtmaq üçün çox çalışmalıyam. Üzərimdə işləyirəm, bu gün özümü bir az tapdım. Əminəm ki, turnir cədvəlində mövcud vəziyyəti düzəldə biləcəyik”, – deyə Domeniko Berardi bildirib.

Qeyd edək ki, Milandakı qələbə ilə "Sassuolo" 20 xal toplayıb və A Seriyasında 16-cı pilləyə yüksəlib.

writer photo
Əlirza Əlirzalı
0