"Qarabağ"ın sabiq futbolçusu: "Konyaspor"da xoşbəxtəm"
11.09.2024 - 17:32
"Qarabağ"dan ayrılıb Türkiyənin "Konyaspor" klubuna keçən Hamidu Keyta təəssüratlarını bölüşüb.
Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisinin mətbuat xidmətinə açıqlama verən fransalı hücumçu xoşbəxt olduğunu bildirib:
"Konya həqiqətən də möhtəşəm şəhərdir. Burada olduğum üçün çox xoşbəxtəm. "Konyaspor" üçün əlimdən gələni meydanda edəcəyəm. Coşğulu və mükəmməl azarkeşlərimiz olduğunu bilirəm. Onları hər zaman xoşbəxt etmək istəyirik".
Qeyd edək ki, Hamidu Heyta "Konyaspor"la 2 illik müqavilə imzalayıb.
0
0