"Milan"ın prioritet transfer hədəfi məlum olub
25.03.2024 - 11:16
"Milan"ın prioritet transfer hədəfi məlum olub

"Milan"ın yay "transfer pəncərəsi"ndə prioritet hədəfinin kim olduğu məlum olub.

Apasport.az xəbər verir ki, “rossoneri”nin əsas transfer hədəfi “Bolonya”nın hücumçusu Coşua Zirkzidir.

Qeyd edək ki, daha əvvəl "Milan"ın 22 yaşlı hücumçu ilə maraqlandığı bildirilirdi.

Mətbuatda yayılan xəbərlərə görə, Zirkzini "Bavariya", "Arsenal", "Yuventus", "İnter" və digər klublar da izləyir.

Bu mövsüm forvard bütün turnirlərdə 30 matçda 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Hollandiyalı futbolçunun "Bolonya" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" Zirkzinin dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

writer photo
Əlirza Əlirzalı
0