“Milan”ın qapıçısı 2 ildən sonra meydana dönür
20.10.2023 - 11:23
“Milan”ın qapıçısı 2 ildən sonra meydana dönür

“Milan”ın qapıçısı Antonio Mirante 2 ildən sonra meydana çıxacaq.

Apasport.az xəbər verir ki, 40 yaşlı qolkiper A seriyanın 9-cu turunun “Yuventus”la qarşılaşmasında “rossonyeri”nin qapısını qoruyacaq. 

“Qara-qırmızılar”ın əsas qapıçısı Mayk Menyan cəzalı, digər qolkiperi Marko Sportiello zədəli olduğu üçün İtaliya derbisində iştirak etməyəcəklər. Bu üzdən Mirantenin oynaması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Mirante sonuncu dəfə 2021-ci il mayın 6-da “Roma” formasıyla “Mançester Yunayted”ə qarşı görüşdə iştirak edib.
 

writer photo
Əlirza Əlirzalı
0