Millətlər Liqası: Kerem Aktürkoğlu Ronaldo və Haalandı geridə qoyub
15.10.2024 - 14:58
“Benfika” forması ilə uğurlu çıxışını Türkiyə millisində də davam etdirən Kerem Aktürkoğlu İslandiya ilə matçın ulduzlarından biri olub.
Apasport.az xəbər verir ki, Aktürkoğlu qarşılaşmada 1 qol, 1 ötürmə ilə fərqlənib.
Beləliklə, o, qollarının sayını 4-ə çatdıraraq turnirin bombardirlər siyahısında lider olub.
25 yaşlı futbolçu Millətlər Liqasında 3 qolu olan Kriştiano Ronaldo və Erlinq Haalandı qabaqlayıb.
Kerem Aktürkoğlu liderliyi Benjamin Şeşko və Viktor Gyökereslə bölüşür.
Qeyd edək ki, Türkiyə millisi tarixində ilk dəfə səfərdə İslandiyanı məğlub edib - 4:2.
0
0