Montella Mourinyonu ziyarət edib
19.08.2024 - 22:40
Montella Mourinyonu ziyarət edib

Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montella "Fənərbaxça"nı çalışdıran Joze Mourinyo ilə görüşüb.

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis həmkarı ilə Can Bartu təsislərində görüşüb. 

Montella "Fənərbaxça"lı futbolçularla da söhbətlər aparıb.

Qeyd edək ki, Montellanı köməkçisi Daniele Russo və Türkiyənin U-21 milli komandasının nümayəndəsi Mert Tuncay müşaiyət edib. 

writer photo
Əlirza Əlirzalı
0