Murad Musayev Rusiya klubunda - Rəsmi
14.03.2024 - 10:54
Murad Musayev Rusiya klubunda - Rəsmi

"Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin yeni iş yeri bəlli olub. 

Apasport.az xəbər verir ki, o, Rusiya Premyer Liqa təmsilçisi "Krasnodar"a baş məşqçi təyin olunub.

40 yaşlı mütəxəssislə bu mövsümün sonuna qədər müqavilə imzalanıb. M.Musayev istefaya göndərilən Vladimir İviçi əvəzləyib.

Bu mövsümün fevral ayında "Sabah"dan ayrılan çalışdırıcı 2018-2021-ci illərdə “Krasnodar”da işləyib. 

writer photo
Əlirza Əlirzalı
0