Naradan yenicə ayrılan “Qalatasaray”lı modellə sevgili oldu
27.12.2022 - 13:40
Naradan yenicə ayrılan “Qalatasaray”lı modellə sevgili oldu

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Mauro İkardi yenidən oyunu ilə deyil, şəxsi həyatı ilə gündəmə gəlib. 

Apasport.az xəbər verir ki, həyat yoldaşı Vanda Naradan ayrılan argentinalı hücumçu yeni eşq macərasına başlayıb. 

29 yaşlı İkardinin artıq aktrisa və model Floppi Tesouro ilə sevgili olduğu iddia edilir. Onların əyləncə məkanında tanış olduğu və birgə vaxt keçirdikləri bildirilir. 

Qeyd edək ki, sosial mediada Tesuoronun “instaqram” hesabında 1,5 milyon izləyicisi var.


 

writer photo
Əlirza Əlirzalı
0