Keyn keçmiş komandasına qarşı oynamayacaq
23.07.2024 - 15:14
Keyn keçmiş komandasına qarşı oynamayacaq

Mövsümöncəsi hazırlıq çərçivəsində “Bayern” avqustun 3-də “Tottenhem”lə yoxlama oyunu keçirəcək.

Apasport.az “goal”-a istinadən xəbər verir ki, ingilis hücumçu Harri Keyn keçmiş komandasına qarşı oynamayacaq.

“Bayern”in yeni baş məşqçisi Vensan Kompani yoxlama matçında Keyn də daxil olmaqla bu futbolçuların iştirak etməyəcəyini təsdiqləyib:

“Keyn, Alfonso Deyvis, Upamekano və Kinqsli Koman orada olmayacaq. Amma ümid edirik ki, onlar ilk kubok oyununda oynaya biləcəklər”.

Hər bir futbolçunun mövsümün sonunda ən azı üç həftə istirahət etmək hüququ olduğunu xatırlatmağa dəyər.

writer photo
Əlirza Əlirzalı
0