Neymar "Barselona"ya qayıdır? - Meneceri açıqladı
27.08.2024 - 13:53
Neymar "Barselona"ya qayıdır? - Meneceri açıqladı

“Əl Hilal”ın futbolçusu Neymarın meneceri açıqlama verib.

Apasport.az xəbər verir ki, o, braziliyalı hücumçunun adının “Barselona” ilə hallanmasına münasibət bildirib:

“Neymarın “Barselona”ya qayıtması haqda çıxan xəbərlər yalandır və bu, “Əl Hilal”a, oyunçuya hörmətsizlikdir. Neymar burda xoşbəxtdir və o, tezliklə azarkeşlərini sevindirmək üçün meydana qayıdacaq”.

32 yaşlı futbolçu 2023-cü ilin avqustundan “Əl Hilal”da çıxış edir. Neymar ötən ilin sonlarında zədə alıb və hələ o vaxtdan meydana çıxmayıb.

Braziliyalı hücumçu 2013-2017-ci illərdə “Barselona”nın formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0