“Nitsa”dan “Liverpul”a gəlir
10.06.2023 - 10:59
“Nitsa”dan “Liverpul”a gəlir

“Liverpul” daha bir futbolçu ilə güclənir.

Apasport.az saytı xəbər verir ki, ingilislər Fransa “Nitsa”sından Kefren Türamın transferini həll etməyə çalışırlar.

Tərəflər arasında danışıqların davam etdiyi və yaxın günlərdə müqavilənin imzalanacağı bildirilir. 22 yaşlı yarımmüdafiəçi də İngiltərədə oynamaq istədiyini bildirib.

Qeyd edək ki, son mövsümdə 48 matça çıxan fransalı oyunçu 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0