Olmonun zədədən qayıdacağı vaxt bəlli olub
04.10.2024 - 12:01
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo zədəsini sağaltmaqda davam edir.
Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçunun “Sevilya” ilə oyuna kimi tam sağalacağı gözlənilir.
Qarşılaşma oktyabrın 20-də baş tutacaq.
İspaniyalı futbolçu sentyabrın 15-də, “Jirona” ilə baş tutan və “Barsa”nın 4:1 hesablı qələbəsi ilə yekunlaşan matçda zədələnib. Hans-Diter Flikin komandası “Sevilya” ilə oyundan öncə, oktyabrın 6-da səfərdə “Alaves”lə qarşılaşacaq.
Olmo bu yay “Leyptsiq”dən “Barselona”ya keçib. O, zədədən əvvəl Kataloniya nəhənginin heyətində keçirdiyi 3 matçda 3 qol vurmağı bacarıb.
0
0