Patoya yeni təklif
12.05.2023 - 16:48
Patoya yeni təklif

Braziliya millisinin sabiq futbolçusu Aleşandre Pato karyerasını vətənində davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu “San-Paulu”dan təklif alıb.

MLS təmsilçisi “Orlando Siti”də aldığı ağır zədədən sonra bu klubdan ayrılan Pato bərpa prosesini “üçrənglilər”in bazasında keçib. Onun durumundan razı qalan “San-Paulu” forvarda həftəlik 9 min avroya yaxın maaşın nəzərdə tutulduğu müqavilə təklif edib. Tərəflərin yaxın günlərdə anlaşma imzalayacağı gözlənilir.

Qeyd edək ki, “Milan” və “Çelsi”dəki çıxışları ilə də tanınan Pato 2014-15 və 2019-20-ci illərdə “San-Paulu”nun formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0