Polşa millisinin baş məşqçisi: “Argentinadan qol buraxmağa hazır olmalısan”
30.11.2022 - 14:54
Polşa millisinin baş məşqçisi: “Argentinadan qol buraxmağa hazır olmalısan”

“Bu tennis deyil ki, tək-tək oynasınlar. Levandovskinin də, Messinin də komanda yoldaşlarına ehtiyacı var. Belə böyük hücumçulara güvənmək olar, ancaq onlar təkbaşına qalib gələ bilməzlər”.

Apasport.az saytının məlumatına görə, bunu Polşa millisinin baş məşqçisi Çeslav Mixneviç dünya çempionatının qrup mərhələsinin III turunda Argentina ilə keçiriləcək oyun barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis bugünkü qarşılaşmada rəqibin kapitanı Lionel Messiyə xüsusi diqqət ayırmağın vacibliyini vurğulayıb: “Bütün dünya uzun illərdir Messini necə dayandırmaq barədə düşünür. Cavab tapacağımızı düşünmürəm. Messinin son dünya çempionatıdır və buna görə də çox iddialı olduğunu düşünürəm. Çoxları Argentinanı turnirin favoriti adlandırır. İlk oyundakı problemlərə baxmayaraq, insanlar hələ də uğur qazanacaqlarına inanır. Argentinaya qarşı oynayanda onlardan qol buraxmağa hazır olmalısan. Belə olanda panikaya düşməmək vacibdir”.

Qeyd edək ki, Polşa – Argentina oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0