Postekoğludan iki rekord
10.11.2023 - 16:52
Postekoğludan iki rekord

“Tottenhem”in baş məşqçisi Angelos Postekoğlu İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçilib.

Apasport.az xəbər verir ki, 58 yaşlı avstraliyalı mütəxəssis ardıcıl üçüncü dəfə bu mükafata sahib çıxıb.

O, avqust, sentyabr və oktyabr aylarında ən yaxşı məşqçi adına layiq görülüb. Postekoğlu Premyer Liqa tarixinə startdakı ilk üç ayda bu mükafatı qazanan yeganə məşqçi kimi düşüb. Onun digər rekordu isə debütdəki üç ayda belə uğur qazanan ilk mütəxəssis olmasıdır.

Onadək yalnız üç məşqçi ardıcıl üç dəfə mükafata sajib çıxıb. Bunlar Antonio Konte, Pep Qvardiola və Yurgen Kloppdur. İspaniyalı 2017/18 mövsümündə 4 ay ən yaxşı seçilməklə mütləq rekordun da müəllifidir.

Qeyd edək ki, “Tottenhem” oktyabrda keçirdiyi bütün oyunlarda qələbə qazanan yeganə komandadır.
 

writer photo
Əlirza Əlirzalı
0