PSJ 3 futbolçusu ilə müqavilə yeniləyib
08.02.2025 - 12:21
PSJ 3 futbolçusu ilə müqavilə yeniləyib

Fransa Liqa 1 təmsilçilərindən PSJ 3 oyunçusu ilə müqavilə yeniləyib.

Apasport.az xəbər verir ki, Komanda Əşrəf Hakimi, Vitinya və Nuno Mendeş ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.

bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Əşrəf 2021-ci ildə, Vitinya və Mendeş isə 2022-ci ildə Paris təmsilçisinə qoşulub.

Qeyd edək ki, PSJ hazırda davam edən Fransa Liqasında 22 turdan sonra topladığı 53 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0