Saliba “Real”ın əsas hədəfidi
08.02.2025 - 14:25
Saliba “Real”ın əsas hədəfidi

İspaniya La Liqa komandalarından "Real Madrid" yayda müdafiə xəttini güclədirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, "kral klubu" "Arsenal"da çıxış edən Villiam Salibanı əsas hədəfi olaraq müəyyənləşdirib.

"Topçular" oyunçu üçün 90 milyon avro tələb edir.

Qeyd edək ki, 23 yaşlı müdafiəçi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 33 matçda çıxış edib və 2 qol vurub.

0