PSJ-dən 80 milyonluq transfer
23.11.2023 - 10:57
PSJ Qonçalo Ramuşu heyətində saxlayıb.
Apasport.az xəbər verir ki, Fransa klubu icarədə olan futbolçunun transfer hüququnu almaq üçün 80 milyon avro ödəyib.
"Benfika"nın hücumçusunun müqaviləsindəki bəndi aktivləşdirən Fransa çempionu Qonçalonu heyətində saxlayıb. Forvardla 2028-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı futbolçu Liqa-1-də 15 matçda 2 qol vurub.
0
0