PSJ-nin sabiq futbolçusu “Qətər”də
11.01.2023 - 17:07
PSJ-nin sabiq futbolçusu “Qətər”də

Daha bir məşhur futbolçu karyerasını Asiyada davam etdirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin sabiq yarımmüdafiəçisi Xavyer Pastore “Qətər” klubuna keçib.

PSJ-də oynaması ilə tanınan cənubi amerikalı bunadək “Elçe”də çıxış edirdi. Onun transfer qiyməti və maaşı açıqlanmayıb.

Qeyd edək ki, Pastore 2011-18-ci illərdə PSJ-də forma geyinib. Beşqat Fransa çempionu 2010-17-ci illərdə yığmada çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0