![“Qalatasaray” aidiyyatı qurumlara müraciət etdi](https://ww3.apasport.az/storage/news/2025/february/10/big/67aa15942240767aa159422408173919989267aa15942240567aa159422406.jpeg)
"Qalatasaray" Super Liqanın XXIII turundakı "Adana Dəmirspor" matçı ilə bağlı açıqlama yayımlayıb.
Apasport.az xəbər verir ki, komanda yarıda saxlanılan Matçın ardından məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edildiyini bildirib:
"9 fevral 2025-ci il, bazar günü, "Qalatasaray" - "Adana Dəmirspor" arasında keçirilən matç öncəsi və sonrasında yaşanan hadisələrin aydınlaşdırılması məqsədilə hüquq-mühafizə orqanlarına lazımi müraciət klubumuz tərəfindən edilib".
Həmçinin açıqlamada: "Qalatasaray", Türk futbolunda ədalətin yanında yer almağa, meydanda ən yaxşısı olmaq və orada qalib gəlmək üçün bütün gücü ilə çalışmağa davam edəcək" - sözləri də qeyd edilib.
Qeyd edək ki, dünən keçirilən matç qonaqların təyin edilən penalti epizoduna etiraz etməsi səbəbilə, 33-cü dəqiqədə dayandırılmışdı.