"Qalatasaray" "Atletiko"nun müdafiəçisini istəyir
23.08.2024 - 17:54
"Qalatasaray" "Atletiko"nun müdafiəçisini istəyir

Transfer çalışmalarını davam etdirən "Qalatasaray" "Atletiko Madrid"in formasını geyinən Xavi Qalanı icarəyə götürmək üçün ispanlarla əlaqəyə keçib.

Apasport.az İspaniya mətbuatına əsasən xəbər verir ki, sol cinah müdafiəçisi özü də klubdan ayrılmağa isti yanaşır.

Paytaxt təmsilçisindən kifayət qədər forma şansı əldə edə bilməyən futbolçuya La Liqanın digər klublarından da təkliflər var. "Qalatasaray"la danışıqlar isə hələ ki. davam edir.

Qeyd edək ki, 7 milyon avro bazar qiymətinə sahib 29 yaşlı Xavi Qalan ötən mövsüm icarə əsasında "Real Sosyedad"da forma geyinib. Burada 18 matça çıxmış futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.  

writer photo
Əlirza Əlirzalı
0