"Qarabağ"dan ayrılan Romaonun yeni klubu bəlli olub
05.02.2025 - 16:24
"Qarabağ"dan ayrılan Romaonun yeni klubu bəlli olub

"Qarabağ"dan ayrılan Julio Romaonun yeni klubu məlum olub.

Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Ferentsvaroş"a keçib. Bu barədə Macarıstan klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Julio Romao 2022-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.

writer photo
Əlirza Əlirzalı
0