"Qarabağ"ın rəqibi finalda
24.01.2024 - 12:08
"Qarabağ"ın rəqibi finalda

Portuqaliya kubokunda ilk finalçı bəlli olub.

Apasport.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Braqa" ölkə çempionatında finala yüksələn ilk komanda olub. 

Artur Jorjenin başçılıq etdiyi klub "Sportinq"i (1:0) məğlub edib. Hesab 65-ci dəqiqədə açılıb. Oyunda yeganə qolun müəllifi Abel Ruiz olub.

Qeyd edək ki, "Braqa"nın finaldakı rəqibi, bu gün keçiriləcək "Benfika" – "Estoril" görüşünün qalibi olacaq.

writer photo
Əlirza Əlirzalı
0