“Qolden boy” mükafatına namizədlərin yekun siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Tuttosport” nəşrinin 21 yaşadək futbolçular üçün təsis etdiyi mükafata 20 iddiaçı qalıb.
Bunlar Cud Bellinqem, Kərim Adeyemi (hər ikisi “Borussiya” D), Eduardu Kamavinqa (“Real”), Pedri, Ansu Fati, Qavi (hamısı “Barselona”), Antoniu Silva (“Benfika”), Fabiu Karvalyo (“Liverpul”), Vilfred Nyonto (“Lids”), Yoşko Qvardiol (“Leypsiq”), Camal Musiala, Matis Tel, Rayan Qravenberx (hamısı “Bavariya”), Fabio Miretti (“Yuventus”), Niko Qonsales (“Valensiya”), Nunu Mendeş (PSJ), Corco Skalvini (“Atalanta”), Nikola Zalevski (“Roma”), Benyamin Şeşko (“Zalsburq”) və İyenoma Destini Udoqidir (“Udineze”).
Qeyd edək ki, ötən mövsüm mükafata “Barselona”nın futbolçusu Pedri sahib çıxıb.