Ramosdan Çempionlar Liqası rekordu
30.11.2023 - 10:36
Ramosdan Çempionlar Liqası rekordu

Serxio Ramos Çempionlar Liqasının rekordunu təkrarlayıb.

Apasport.az xəbər verir ki, ispaniyalı futbolçu turnirin tarixində ən çox qol vuran müdafiəçi adına şərik olub.

“Sevilya”nın arxa xətt oyunçusu Roberto Karlos və Jerar Pikeyə çatıb. Hər üç müdafiəçi 16 dəfə fərqlənib.

Ramosun PSV ilə matçda vurduğu bu qol Çempionlar Liqası tarixinə düşüb. Bu, yarışda 10000-ci qol olub.

writer photo
Əlirza Əlirzalı
0