“Real”a 120 milyonluq hücumçu
28.09.2023 - 11:52
“Real”a 120 milyonluq hücumçu

Qış transfer dövründə heyətə yeni hücumçu cəlb etmək istəyən Madrid “Real”ında əsas hədəf bəlli olub.

Apasport.az saytı xəbər verir ki, “qalaktikos” "Napoli"nin hücumçusu Viktor Osimhenə elçi düşüb.

24 yaşlı nigeriyalının İtaliya klubundakı gələcəyi ciddi təhlükə altındadır. Komanda rəhbərliyi ilə yola getməyən forvard hətta hüquqlarının tapdandığını düşündüyü üçün, Neapol klubunu məhkəməyə vermək istəyir. “Transfermarkt” portalı futbolçunun dəyərini 120 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Osimhenin “Napoli” ilə müqaviləsi  2025-ci ilin yayında bitəcək. O, bu mövsüm bütün yarışlarda 7 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0